Pakistanlı siyasətçi Avropada baş nazir  SEÇİLDİ

 20:07 27.03.2023     330

Əvvəllər Şotlandiyanın səhiyyə naziri olmuş pakistanlı Həmzə Yusif Milli Partiyanın (SNP) lideri seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

O, 52% səslə (26 mindən bir qədər çox partiya üzvü) regional milli hökumətə rəhbərlik edəcək.

SNP Şotlandiyanın Böyük Britaniyadan ayrılmasını və sonradan ölkənin Avropa İttifaqına üzv olmasını müdafiə edən sol mərkəzçi partiyadır.

Partiya regional parlamentdə ən çox yerə sahibdir və Yaşıllarla koalisiyadadır.