Almaniya kanslerinin mənzilinə quldur girmək istədi

 19:25 27.03.2023     288

Naməlum şəxsin Almaniya kansleri Olaf Şolzun Potsdamdakı mənzilinə girmək cəhdi uğursuz alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Der Spiegel" təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bazar günü axşam saatlarında Almaniya kanslerinin də yaşadığı Potsdamın mərkəzindəki binaya quldur girib.

Şolz özü o vaxt Berlində Federal Kansler Ofisində iclasda olub.

“Der Spiegel”in yazdığına görə, təhlükəsizlik kamerasından çəkilmiş fotoda üzündə "Halloween" maskası olan bir kişi görünü

Kişi mənzilə girmək istəyən zaman diqqət çəkib. Ona görə də mənzilə girmədən dərhal qaçıb.

Polis hadisə yerinə baxış keçirib, şübhəlini axtarışa verib və kamera görüntülərini ələ keçirib. Bundan əlavə, binanın təhlükəsizlik tədbirləri və mühafizəsi gücləndirilib.

Xatırladaq ki, Şolz 2021-ci ildə həyat yoldaşı Britta Ernst ilə Potsdamdakı bu mənzilə köçüb.

Bu addımın səbəbi cütlüyün əvvəlki iqamətgahında baş verən müxtəlif oğurluqlar olub. Gecə-gündüz təhlükəsizlik tədbirlərinə baxmayaraq, oğrular həmin vaxt Şolz və Ernstin yaşadıqları yaşayış binasının müxtəlif mənzillərinə soxula biliblər.

Qəzetin qeyd etdiyi kimi, qarət cəhdi kanslerin iqamətgahının təhlükəsizlik tədbirləri ilə bağlı müzakirələrə səbəb ola bilər.

Şolz və həyat yoldaşı mənzilə köçdükdən sonra polisin müəyyən müşahidə tədbirləri digər kirayəçilər arasında iğtişaşlara səbəb olub.

Tunar Altunbay