Netanyahu qalmaqallı qanunun qəbulunu təxirə saldı

 19:37 27.03.2023     328

İsrailin baş naziri Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bazar ertəsi ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Kan dövlət radiostansiyası məlumat yayıb.

Məlumata görə, Ben-Qvirin rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyası bildirib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmaq qərara alınıb. Bundan əvvəl Ben-Qvir təxirə salınmasına qəti şəkildə qarşı çıxıb.

"Bunun müqabilində Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib",- Kan qeyd edib.

Milli Qvardiya Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.

Tunar Altunbay