Netanyahu tərəfdarları onun müdafiəsinə qalxdı

 19:52 27.03.2023     245

Bazar ertəsi Qüdsdə Knesset (İsrail parlamenti) binası yaxınlığında müxalifətin keçirdiyi aksiyası başa çatıb. Hazırda İsrailin baş naziri Benyamin Netanyahu hökumətinin tərəfdarları oraya toplaşır.

Redaktor.az xəbər verir ki, bu barədə "Kan-11" dövlət telekanalı məlumat yayıb.

Yayımlanan görüntülərdə Netanyahunun "Likud" partiyasının bayraqları olan fəalların parlamentin yaxınlığındakı meydanı necə doldurması, onların bir çoxunun baş nazirin adını tərənnüm etməsi və bununla da hökuməti dəstəklədikləri görünür.

Aksiya iştirakçıları arasında Qüdsün “Beytar” futbol klubunun azarkeşləri də görünür.

Bundan əvvəl müxalifətin Knesset qarşısında keçirdiyi aksiyada 100 mindən çox iştirakçı toplaşıb.

Tunar Altunbay