Baydendən ABŞ hökumətinə yeni QADAĞA

 20:15 27.03.2023     303

ABŞ prezidenti Co Bayden bazar ertəsi ABŞ hökumətinə ABŞ təhlükəsizliyini təhdid edə biləcək xüsusi kommersiya casus proqramlarından istifadə etməyi qadağan edən sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Prezident Bayden bu gün ilk dəfə olaraq ABŞ hökuməti tərəfindən milli təhlükəsizlik riskləri yaradan və ya xarici aktorlar tərəfindən bütün dünyada insan hüquqlarını pozmaq üçün istifadə edilən kommersiya casus proqramlarının operativ istifadəsini qadağan edən sərəncam imzalayıb", - deyə məlumatda qeyd olunub.

Ağ Evin məlumatına görə, dünyada getdikcə artan sayda ölkələrdə elektron müşahidə proqramlarından o cümlədən, siyasi rəqibləri qorxutmaq və fərqli fikirləri cilovlamaq, söz azadlığını məhdudlaşdırmaq və jurnalistlərin fəaliyyətinə nəzarət etmək üçün istifadə edirli.

Üstəlik, Ağ Evin sənədlərinə görə təkcə avtoritar rejimlər bu şəkildə fəaliyyət göstərmir.

Məlumata görə, demokratik hökumətlər həmçinin öz güc strukturları müvafiq məhkəmə icazəsi və nəzarəti olmadan həmvətənlərini hədəf almaq üçün kommersiya casus proqramlarından istifadə etdiklərinin aşkarlanması ilə üzləşirlər.

Tunar Altunbay