Bu ölkədə ikili vətəndaşlıq qanuni olacaq
Litva vətəndaşlığın sərt tənzimlənməsindən imtina edərək onu hazırda mümkün olmayan ikili və hətta çoxsaylı vətəndaşlıq formasında qanuniləşdirmək niyyətindədir.
Redaktor.az TASS-a istinad bildirir ki, Litva Qanunvericilik Assambleyasının katibliyinin bu gün açıqladığına görə, 141 deputatdan 60-ı ölkə parlamentinə bu məsələ ilə bağlı 2024-cü il mayın 12-də referendumun keçirilməsi təklifi ilə çıxış edib.
“Litva Respublikasının vətəndaşlığı anadangəlmə hüquqla, eləcə də qanunla müəyyən olunmuş digər əsaslarla əldə edilir”, - konstitusiyanın vətəndaşlıq haqqında müddəasının məhz bu formada olması, oradan ikili vətəndaşlığa qoyulan qadağanın silinməsi təklif edilir.
Xatırladaq ki, 2019-cu ildə prezident seçkiləri ilə yanaşı, vətəndaşlıq barədə referendum da keçirilmişdi. Lakin o zaman bu plan lazımi seçici dəstəyi qazana bilməmişdi. Referendumda fəallıq seçicilər siyahısının 50%-dən çox olmalıdır. İkili vətəndaşlıq üzrə referendumda isə fəallıq 48,04% təşkil edib.
Tunar Altunbay