Macarıstan Finlandiyanın NATO-ya üzv olmasını təsdiqlədi 

 20:59 27.03.2023     240

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiq edib.

Redaktor.az xəbər verir ki, macarıstanlı deputatlar Alyansın genişlənməsinə razılıq veriblər.

Qeyd edək ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasını Türkiyədən başqa bütün ölkələr təsdiqləyib. Türkiyə parlamentinin komitəsi Finlandiyaya razılıq verib, tezliklə üzvlük məsələsi plenar iclasda müzakirə ediləcək.

İsveçin NATO-ya qəbul olması ilə bağlı qərar daha sonra veriləcək.