Onlar Türkiyə prezidenti ola bilməyəcək - SİYAHI
Türkiyədə seçicilərin dəstəyi ilə prezidentliyə namizəd olmaq istəyənlər üçün imzatoplama prosesi başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib.
Namizəd olmaq istəyənlərdən yalnız ikisi - Məmləkət Partiyasının sədri Muharrem İnce və ATA İttifaqının namizədi Sinan Oğan yetərli sayda - 100 min imza toplaya bilib.
Beləliklə, prezident seçkilərində 4 şəxs namizəd ola biləcək. CHP sədri Kemal Kılıçdaroğliu və Prezident Rəcəb Tayyib Ərdoğanın namizədlikləri isə partiyalar tərəfindən irəli sürülüb.
Qeyd edək ki, siyasətçilər martın 31-dək namizədliklərini geri götürə biləcək.
Namizəd olmaq istəyən şəxslərin topladığı imzaların sayı aşağıdakı kimidir:
Muharrem İnce: 111 508
Sinan Oğan: 107 637
Fatih Erbakan: 69 255 (Namizədliyini geri götürüb)
Doğu Perinçek: 27 061
Yakup Türkal: 3137
Erkan Trükten: 2589
Tevfik Ahmet Özal: 1544
İrfan Uzun: 1263
Halil Murat Ünver: 538
Hilmi Özden: 478
Davut Turan: 122