Türkiyədə zəlzələdən sonra tutuquşulara tələbat ARTIB

 10:16 28.03.2023     348

Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra tutuquşulara maraq artıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Yeni Akit” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşr yazır ki, bu quşların yeraltı təkanları əvvəlcədən hiss etməsi səbəbindən onların satışında artım müşahidə edilib. Qəzet vurğulayır ki, zəlzələlərdən sonra tutuquşuların hiss etməsi və qəribə davranmağa başlaması əhalinin onlara marağını artırıb.

Xüsusilə Elazığ vilayətində zoomağazalara (petşop) vətəndaş axını müşahidə olunur. Mağaza sahibi Fatih Gürbüz zəlzələlərdən sonra danışan quşların satışının təxminən 10 dəfə artdığını deyib.

Türk ailələri zəlzələ zamanı yaşadıqları qorxunu aradan qaldırmaq üçün tutuquşular aldığı vurğulayıblar.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.