Rusiya Yapon dənizinə raket atdı

 10:26 28.03.2023     471

Rusiya Hərbi Dəniz Qüvvələri Yapon dənizində saxta hədəfə səsdən sürətli raketlər atıb.

Redaktor.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Sakit Okean Donanmasının raket gəmiləri Yapon dənizində "Moskit" qanadlı raketləri ilə saxta düşmənin dəniz hədəfinə zərbələr endiriblər”, - nazirliyinTelegram hesabında açıqlamada deyilir.

Məlumata görə, Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Tokionun Moskvanın hərbi əməliyyatlarına qarşı ayıq-sayıq qalacağını bildirərək, raket buraxılışından sonra heç bir zərərin qeydə alınmadığını bildirib.

"Ukraynaya təcavüzü davam etdikcə Rusiya qüvvələri Uzaq Şərqdə, o cümlədən Yaponiyanın ətraflarında fəallaşır",- deyə Hayaşi mətbuat konfransında deyib.

Həmidə İbrahimli