Ukrayna ordusu rusların 570 hərbçisini, 19 PUA-sını MƏHV ETDİ

 10:19 28.03.2023     236

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 171730 (+ 570) nəfər canlı qüvvəsi, 3602 (+7) tank, 6966 (+13) ədəd zirehli döyüş maşını, 2653 (+15) ədəd artileriya sistemi, 525 (+2) reaktiv yaylım atəşi sistemi, 277 (+0) hava hücumundan müdafiə sistemi, 305 (+0) təyyarə, 291 (+0) helikopter, 2235 (+19) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5502 (+9) avtomobil texnikası və avtosistern, 287 (+2) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2