"Çin statusundan süni istifadə edir" - ABŞ Konqresi

 11:00 28.03.2023     677

ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi günü yekdilliklə ABŞ rəsmilərindən Çinin inkişaf etməkdə olan ölkə statusunu beynəlxalq təşkilatlardan və sazişlərdən çıxarmağa çalışmağı tələb edən qanun layihəsini qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə keçirilən görüş "C-SPAN" telekanalı tərəfindən yayımlanıb.

Təşəbbüsü dəstəkləmək üçün 415 konqresmen çıxış edib.

Sənədə əsasən, rəsmi Vaşinqton ABŞ-ın qoşulduğu istənilən müqavilədə və ya beynəlxalq müqavilələrdə Çinin inkişaf etməkdə olan dövlət kimi göstərilməsinə qarşı çıxmalıdır. 

Təşəbbüs müəlliflərinin fikrincə, Vaşinqton beynəlxalq təşkilatlardan tələb etməlidir ki, Çini "yuxarı gəlirli ölkə", "yüksək gəlir səviyyəsi olan ölkə" və ya inkişaf etmiş dövlət” kimi təsnif etsin. Qanunvericilər deyirlər ki, bu cəhdlərin uğurlu olub-olmamasından asılı olmayaraq, ABŞ Çinin imtiyazlı rejimdən istifadə etməməsini və inkişaf etməkdə olan ölkə statusuna görə təşkilati yardım almamasını təmin etməlidir.

ABŞ hökumətinin bütün bu tədbirlərin həyata keçirilməsi üzrə səylər barədə Konqresə hesabat verməsi gözlənilir.

Qanun layihəsinin təşəbbüskarları Nümayəndələr Palatasının üzvləri Yanq Kim (Kaliforniyadan respublikaçı) və Cerri Konollidir (Virciniyadan demokrat).

Bazar ertəsi ABŞ Konqresinin aşağı palatasında çıxışı zamanı Kim Çinin inkişaf üçün yardım və beynəlxalq təşkilatlardan kreditlər alaraq inkişaf etməkdə olan ölkə statusundan sui-istifadə etdiyini bildirib:

"Onun sözlərinə görə, Çin haqsız üstünlük əldə edir. Çin iqtisadiyyatı yalnız ABŞ-dan sonra ikinci yerdədir. ABŞ inkişaf etmiş ölkə sayılır, Çin də belə hesab edilməlidir".

Arzu İSMAYIL