“Ukrayna il yarım ərzində məhv ediləcək” - Tramp

 12:32 28.03.2023     324

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, əgər münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv edilə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki , o, bu sözləri "Fox News"a müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı 2024-cü ildə ABŞ-ın yeni prezidenti seçilənədək həll olunmaya bilər. O qeyd edib ki, hazırkı Amerika lideri Co Baydenin administrasiyasının siyasətinin üçüncü dünya müharibəsi ilə nəticələnməsi ehtimalı artır.

"Əgər bu həll olunmasa, mən bunu Zelenski və Putinin iştirakı ilə 24 saat ərzində edə bilərəm. Bunlar çox sadə danışıqlar olardı, lakin mən onların mahiyyətini açıqlamayacam, çünki açıqlasam, sonra nəticə verməyəcək”,- Tramp bildirib.

"İl yarım, çox uzun müddətdi. Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm. Əsas nəticə budur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir",- keçmiş prezident əlavə edib.

Xatırladaq ki, Tramp dəfələrlə prezident Co Baydenin Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq etdiyini bəyan edib.

Tramp iddia edib ki, növbəti prezident seçkilərində qalib gəlsə, Ukraynadakı vəziyyətin bir gündə nizamlanmasını təmin edə bilər, lakin buna necə nail olmaq niyyətində olduğunu heç vaxt açıqlamayıb.

Arzu İSMAYIL