İsraildə etirazlar davam edəcək

 15:41 28.03.2023     381

Məhkəmə islahatlarının dayandırılması qərarından sonra İsraildə etirazların davam edəcəyi ehtimal edilir.

Redaktor.az xəbər verir ki, bu fikri TASS müxbirinə müsahibəsində Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İsrail və yəhudi icmaları şöbəsinin müdiri Viktor Smirnov bildirib.

“Etiraz və nümayişlərin müddəti və kütləvi xarakteri, iqtidarla müxalifət arasında münasibətlərdə qarşılıqlı ittihamların artması, noyabrda keçirilən parlament seçkilərindən sonra Benyamin Netanyahunun son olaraq yaratdığı hakim koalisiyada fikir ayrılıqlarının yaranması bizi məsələnin ciddiliyi haqqında danışmağa vadar edir və görünür, Baş nazir məhkəmə islahatlarının gedişatını dayandırmaq qərarına gəldikdən sonra belə sakitlik gəlməyəcək",- o deyib.

Ekspert diqqəti İsrail müxalifəti tərəfindən sürətlə qızışdırılan küçə etirazlarına çəkib:

 “Beləliklə, İsrailin adətən sol cinahlara aid edilən müxalifət partiyaları noyabr seçkilərində məğlubiyyətlərini kompensasiya etməyə, Knessetə daha ​​bir növbədənkənar seçkilərin keçirilməsinə Netanyahunu məcbur etməyə çalışırlarl”.

Onun sözlərinə görə, indi Netanyahunun rəhbərlik etdiyi hökumət koalisiyasında böhran təhlükəsi var.

"Müdafiə naziri Yoav Qalantın istefası yalnız ilk çağırışdır. Koalisiyanın dağılmağa başlaması ehtimalı artır", - Smirnov əlavə edib.

Nərmin Nəsibli