Zelenski Rusiya ilə sərhədə getdi

 16:54 28.03.2023     402

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şimalında, Rusiya ilə sərhədə yaxın Sumı vilayətində yerləşən Axtırka şəhərinə səfər edib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukrayna dövlət başçısının saytında məlumat verilib.

Zelenskinin Telegram kanalında yayımlanan videosundan görünür ki, Ukrayna prezidenti Axtırka meydanlarından birinə səfəri zamanı onlarla Ukrayna hərbçisi və mülki şəxsləri ilə görüşüb.

Dövlət başçısı hərbçiləri təltif edib.

Turan İSMAYIL