Kılıçdaroğlu İnce ilə görüşəcək

 17:43 28.03.2023     587

Türkiyədə prezidentliyə namizədlər Kemal Kılıçdaroğlu və Muharrem İnce arasında görüş keçiriləcək.

Redaktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş sabah baş tutacaq.

"Millət İttifaqı"nın vahid namizədi Kılıçdaroğlunun Məmləkət Partiyasının sədri İnce ilə görüşündə əsas müzakirə mövzusunun seçkilər məsələsi olacağı güman edilir.

Qeyd edək ki, Kılıçdaroğlunun sədri olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) qopan Məmləkət Partiyasının namizədi müxalifətin səslərini bölməkdə günahlandırılır. Son açıqlamalarında o, siyasətlə məşğul olmaq istədiyini deyərək namizədlikdən çəkilməyəcəyini bəyan edib.