Parisdə etirazçılar Makronun istefasını tələb edir

 18:02 28.03.2023     1461

Hökumətin artıq qəbul etdiyi pensiya islahatına qarşı onuncu ümummilli tətil fonunda həmkarlar ittifaqlarının çağırışı ilə Parisdə başladılmış aksiyada on minlərlə insan iştirak edir.

Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, nümayişçilər “Pensiyalarımıza toxunma”, “Makron, get” şüarları səsləndirirlər.

Nümayişçilərin Respublika meydanından başlayan yürüşü Millət meydanınadək davam edəcək. Onlar hökumətin həmkarlar ittifaqlarının etirazlarına, əhalinin narazılığına, deputatların dəstəyinin olmamasına məhəl qoymadan islahatı zorla həyata keçirməsinə etiraz edirlər.