Türkiyədə insansız hərbi gəmi sınaqdan keçirildi - VİDEO

 18:05 28.03.2023     3514

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün hazırlanan "Marlin" adlı insansız hərbi gəmi sınaqdan keçirilib.

Redaktor xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

Bildirilir ki, sınaqlar zamanı insansız gəmidən yerli istehsal "Kuzgun" adlı raket buraxılıb. Raket hədəfinə dəqiqliklə zərbə endirib.

Kəşfiyyat, döyüş, mühafizə üçün nəzərdə tutulan insansız gəmilər Türkiyənin "Aselsan" və "Sefine" şirkətləri tərəfindən yaradılıb. Sınaqlar başa çatdıqdan sonra insansız gəmilər Türkiyə ordusunun istifadəsinə veriləcək.