Ukrayna aviasiyası rusların canlı qüvvəsini, sursat dolu anbarını HAVAYA UÇURDU

 20:08 28.03.2023     474

Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası martın 28-də Rusiya qoşunlarının şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə beş zərbə endirib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, raket qoşunları və artilleriya bölmələri komanda məntəqəsinə, Rusiya Federasiyasının canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi əraziyə, eləcə də sursat dolu anbara zərbələr endirib.

Bundan əlavə, qeyd edilir ki, ruslar gün ərzində 11 hava və iki raket zərbəsi endirib, həmçinin çoxsaylı buraxılış raket sistemlərindən (MLRS) 10-dan çox hücum həyata keçiriblər.

“Ukraynanın bütün ərazisi üzrə raket və hava zərbələrinin endirilməsi ehtimalı yüksək olaraq qalır, çünki düşmən müharibə qanunlarına və adətlərinə məhəl qoymur, mülki əhaliyə qarşı terror taktikasını tətbiq etməkdə davam edir”, - Baş Qərargahın bəyanatında deyilir.

Turan İSMAYIL