Özbəkistanla Qazaxıstan arasında sərhəd dəqiqləşdi

 20:52 28.03.2023     439

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan-Özbəkistan dövlət sərhədinin demarkasiyası haqqında sazişin ratifikasiyasında dair qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Müqavilə delimitasiya edilmiş dövlət sərhədinin demarkasiyasını nəzərdə tutur.

Müqaviləyə əlavələrdə dövlət sərhədinin, sərhəd xətlərinin yeri, onların koordinatları, hündürlük nişanları və hər bir sərhəd xəttinin digər məlumatları əks olunur.

Dövlət sərhədinin demarkasiya xəttinin uzunluğu 2356 kilometr 666 metr təşkil edir. Ümumilikdə ölkələr tərəfindən sərhəd xəttində 1301 ədəd sərhəd nişanı quraşdırılıb.

Tunar Altunbay