Fransada etiraz aksiyalarında 740 mindən çox insan iştirak etdi

 21:23 28.03.2023     300

Çərşənbə axşamı Fransa şəhərlərində təxminən 740 min insan pensiya islahatları ilə razılaşmadığını bildirərək küçələrə çıxıb. 

Redaktor.az "Le Figaro"ya istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, “polisin hesablamalarına görə, Fransanın 214 kommunasında keçirilən aksiyalarda 556 min nəfər iştirak edib”.

Le Figaro qeyd edib ki, bu, martın 23-də, demək olar ki, 850 min, martın 7-də 1 milyon nəfər aksiyalara qoşulub.

Tunar Altunbay