ABŞ Netanyahunun Vaşinqtona səfərinin hələ planlaşdırılmadığını bildirib

 21:33 28.03.2023     341

Baş nazir Benyamin Netanyahunun Amerika paytaxtına səfəri hazırda planlaşdırılmır.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Ağ Evin mətbuat katibinin birinci müavini Oliviya Dalton bildirib.

"Baş nazir Netanyahunun Vaşinqtona səfəri planlaşdırılmır. İsrail liderlərinin Vaşinqtona səfər etmək ənənəsi var və baş nazir Netanyahu yəqin ki, nə vaxtsa səfər edəcək. Amma hazırda Ağ Evdə heç nə planlaşdırılmır", - o, ABŞ prezidenti Co Baydenin Vaşinqtondan Şimali Karolinaya uçan təyyarəsində olan jurnalistlər üçün brifinq zamanı deyib.

.Daltondan, həmçinin, hazırda qarşıdan gələn 2024-cü il seçkilərində Respublikaçılar Partiyasının prezidentliyi uğrunda mübarizənin partiyadaxili mərhələsinin ən perspektivli iştirakçılarından biri hesab edilən Florida qubernatoru Ron DeSantisin İsrailə mümkün səfərini şərh etməsi xahiş olunub.

O, suala birbaşa cavab verməyib, Baydenin keçən həftə Netanyahu ilə danışdığını, Vaşinqton administrasiyasının İsrail hökuməti ilə müntəzəm əlaqə saxladığını vurğulayıb:

 "Florida qubernatorunun İsrailə getməsi və bununla bağlı fərziyyələri şərh etmək istəmirəm".

Tunar Altunbay