ABŞ hipersəs silahlarının son sınağı uğursuz alındı

 21:42 28.03.2023     314

ABŞ-da "ARRW" (havadan sürətli cavab silahı) proqramı çərçivəsində hipersəs silahlarının sonuncu sınağı uğursuz alınıb.

Redaktor.az xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall Konqresin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində dinləmələrdə çıxışı zamanı deyib:

"İndicə keçirdiyimiz test uğurlu alınmadı. Bu testdən lazım olan məlumatları əldə etmədik" dedi.

Onun sözlərinə görə, hazırda ekspertlər testləri təhlil edirlər.

Kendall həmçinin xatırladıb ki, bu proqram üçün ilk sınaqlar çox uğurlu olub.

Hipersonik raketin ikinci buraxılışı performans göstəricilərinin hərtərəfli ölçülməsinə yönəldilib.

ABŞ Hərbi Hava Qüvvələri təfərrüatları açıqlamadan "sınaqların bəzi hədəflərə cavab verdiyini" bildirib. Sınaqların uğurlu olub-olmaması ilə bağlı sualı cavablandıran Hərbi Hava Qüvvələri sözçüsü təhlükəsizlik səbəbi ilə əlavə məlumat verməyəcəyini deyib.

Tunar Altunbay