ABŞ-ın Qara dənizdə kəşfiyyat məlumatları toplaması çətinləşib - CNN

 21:50 28.03.2023     318

Martın 14-də pilotsuz təyyarənin qəzaya uğramasından sonra ABŞ-ın Qara dəniz üzərində marşrutları tənzimləmək qərarı amerikalıların Ukrayna ilə bağlı kəşfiyyat məlumatlarını toplamaq imkanlarını məhdudlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli hərbi məmura istinadən məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin yeni dron uçuş yollarından istifadə etməsi Birləşmiş Ştatların kəşfiyyat məlumatı toplamaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır”,- o deyib.

Telekanalın məlumatına görə, bu qərar ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin martın 14-də Qara dənizin beynəlxalq sularında qəzaya uğramasından sonra verilib.

Daha sonra yeni marşrutlar, başqa bir mənbəyə görə, bölgədə təxribat ehtimalını azaltmaq üçün kampaniyanın bir hissəsi olub.

Hazırda ABŞ beynəlxalq hava məkanında uçuşları davam etdirəcək, lakin onlar Ukrayna sərhədindən 19 km deyil, 64 km məsafədən keçəcəklər. 

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ Konqresinin Senatının Silahlı Qüvvələr Komitəsində Qara dəniz üzərində düzəliş edilmiş uçuşlar məsələsi ilə bağlı keçirilən dinləmələrdə cavab verməyib.

Tunar Altunbay