Bolqarıstan Ukraynaya xeyli miqdarda sursat satacaq 

 23:52 28.03.2023     379

Bolqarıstan Ukraynaya böyük miqdarda döyüş sursatı satacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri yazıb.

Bildirilir ki, sursatlarının satılması müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Bolqarıstan Müdafiə Nazirliyi VMZ dövlət hərbi zavoduna təxminən 175 milyon avro dəyərində köhnə sursat təhvil verəcək və əvəzində yeni sursatlar alacaq. Köhnə sursatlar Ukraynaya göndəriləcək.