Fransa Qolodomoru soyqırımı kimi tanıdı - FOTO

 22:24 28.03.2023     241

"Bu gün, martın 28-də Fransa 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb".

Redaktor.az UNİAN-a istinadla bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatında deyilir.

“Fransa parlamentinin 1932-1933-cü illərin Qolodomorunu Ukrayna xalqının soyqırımı kimi tanıması mühüm və simvolikdir”, - deyə Zelenski bildirib.

Prezident Fransanın Rusiyanın həm keçmişdə, həm də indiki cinayətlərinin ifşasına verdiyi güclü töhfəyə görə minnətdarlığını bildirib.

Tunar Altunbay