Çin Zelenskiyə "yox" DEDİ

 11:35 29.03.2023     345

Çin Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Volodimir Zelenskinin ölkənin lideri Si Tsinpini Kiyevə dəvət etməsini şərh edib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, XİN-in açıqlamasında Si Tsinpin və Volodimir Zelenski arasında görüşün planlaşdırılmadığı bəyan edilib.

"Biz Ukrayna tərəfi ilə əlaqə saxlayırıq, mümkün görüş barədə məlumat yoxdur", - deyə qeyd olunub.

Xatırladaq ki, Zelenski "Associated Press"ə müsahibəsində Çin rəhbərini Ukraynaya dəvət edib.