Fazil Mustafanın evi xüsusi nəzarətə götürüldü - VİDEO

 14:02 29.03.2023     351

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı ötən gecə yaşadığı evin qarşısında törədilən sui-qəsdlə əlaqədar olaraq yaşayış evi hüquq-mühafizə orqanları tərəfindən mühafizə edilir. 

Redaktor.az xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsində yerləşən deputatın evinin ətrafında Daxili İşlər Nazirliyinin (DİN) Post Patrul Xidmətinin (PPX), Çevik Polis Alayının (ÇPA) əməkdaşları tərəfindən mühafizə olunur. 

Fazil Mustafanın ailəsi, eləcə də birinci dərəcəli ailə yaxınlarının da təhlükəsizliyi ilə bağlı zəruri bütün tədbirlər görülüb. 

Bu barədə məlumatı oxu.az-a Fazil Mustafanın qardaşı İlqar Mustafayev də təsdiq edib.

Deputatın evinin qarşısından son görüntüləri təqdim edirik: