İran və Rusiya strateji tərəfdaşlıq sazişi imzalayacaq

 14:49 29.03.2023     325

“İran və Rusiya hərtərəfli strateji tərəfdaşlıq sazişi layihəsi üzərində razılığın yekun mərhələsindədir.”

Redaktor.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlər “düzgün yolda inkişaf edir”.

"Müxtəlif səviyyələrdə yüksək səviyyəli nümayəndə heyətləri görüşür, müxtəlif məsələləri müzakirə edir, hər iki ölkənin liderləri daim birbaşa təmasda olurlar".

Xarici işlər naziri Tehran və Moskva arasında strateji əməkdaşlıq haqqında hərtərəfli saziş layihəsinin gələn ay, yəni apreldə yekunlaşacağını gözləyir:

"Mən çox minnətdaram ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında hərtərəfli saziş layihəsi Rusiyada nəzərdən keçirilib və bəyənilib. Ümid edirəm ki, yaxın bir ay ərzində dövlətlərimizin xarici işlər nazirliklərinin hüquq idarələri bu sazişin layihəsini razılaşdıracaqlar.”

Arzu İSMAYIL