ABŞ-ın Ukraynaya maliyyə yardımının yalnız 20 faizi Kiyevə gedir - Konqresmen

 18:36 29.03.2023     276

Vaşinqton Ukraynaya ayrılan maliyyə yardımının yalnız 20%-ni birbaşa Kiyevə köçürür, bu vəsaitin təxminən 60%-ni Amerika tərəfinin özü alır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkal (Respublikaçı, Texas) məlumat verib.

“Dörd əlavə Ukraynaya yardım paketi şəklində ayrılan 113 milyard dolların təxminən 60%-i ABŞ qoşunlarına, amerikalı işçilərə və ABŞ-ın silah və hərbi texnikanın ehtiyatlarının modernləşdirilməsinə ayrılıb. Reallıqda maliyyənin yalnız 20%-i birbaşa büdcə dəstəyi şəklində birbaşa Ukrayna hökumətinə gedir”, - konqresmen bildirib.

Turan İSMAYIL