Rusiyadan taxıl ixracı üçün İranda qovşaq yaradıla bilər

 18:49 29.03.2023     341

Rusiyadan taxıl ixrac etmək üçün İranda taxıl qovşağı yaradıla bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə günü Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski Dövlət Dumasında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşü zamanı deyib.

“Nəqliyyat dəhlizi üzrə Rusiyadan qayıdan hərəkətə gəlincə, bu, əsasən taxıl olacaq. Ona görə də regionun ən böyük taxıl qovşağı Bəndər Abbas və ya Bəndər Xomeyni limanında yaradıla bilər. Biz həm də üçüncü ölkələrin gələcək konsorsiumunda iştiraka açığıq, lakin biz ilk növbədə bu layihəni və onun həyata keçirilməsi üçün konsorsiumu Rusiya və İran tərəfindən yaradılacağından çıxış edirik” - o deyib.

Slutski Rusiya prezidentinin köməkçisi İqor Levitinin aprelin 7-də Tehrana səfər edəcəyini də bildirib.

Deputat əlavə edib ki, Süveyş kanalı və Qara dəniz boğazlarına real alternativ olacaq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına böyük diqqət yetirilir.

Turan İSMAYIL