Krımda Rusiya aviabazasında partlayış oldu

 19:31 29.03.2023     348

Martın 29-u günortadan sonra Simferopoldan 22 kilometr aralıda yerləşən Qvardeyskoye şəhər tipli qəsəbənin sakinləri partlayış səsi eşidiblər.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna yerli Telegram kanallarına istinadən yazır.

Bildirilib ki, Qvardeyskoye yaxınlığında hava bazası var.

Telegram kanallarında yerli sakinlər aviabazanın ərazisində güclü partlayış səsi gəldiyini, ondan evlərin tavanının titrədiyini bildirdilər.

Rəsmi olaraq partlayışla bağlı hələlik şərh verilməyib.

Qeyd edək ki, partlayışın baş verdiyi yer Rusiyanın işğal etdiyi Krım ərazisidir.

Turan İSMAYIL