ABŞ-da Ukraynaya yardımla bağlı 178 korrupsiya faktı AŞKARLANDI

 19:36 29.03.2023     382

ABŞ Beynəlxalq İnkişaf Agentliyi 11 ay ərzində Kiyevə yardımın ayrılması zamanı potensial korrupsiyaya dair 178 siqnal alıb.

Redaktor.az xəbər verir ki, bu barədə agentliyin baş müfəttişi Nikol Anjarella, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.

"Mənim ofisimə Ukrayna ilə bağlı 178 mesaj daxil olub. Bu, əvvəlki 11 aylıq dövrlə müqayisədə 556% çox mesajdır", - o deyib.

Eyni zamanda Anjarella vurğulayıb ki, hazırda “ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ukraynaya yardımı ilə bağlı heç bir ciddi cinayət faktı yoxdur”.

Onun sözlərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ukraynaya yardımla bağlı iki açıq araşdırması var və ilkin mərhələdə daha beş araşdırma var.

Tunar Altunbay