Roma Papası yenidən xəstəxanaya yerləşdirildi

 19:48 29.03.2023     414

86 yaşlı Roma Papası Fransisk planlı müayinələrdən keçdiyi Romadakı Aqostino Gemelli xəstəxanasındadır.

Redaktor.az xəbər verir ki, bu barədə martın 29-da Vatikanın Müqəddəs Taxt-Tacının mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

"Bu gün günortadan bəri Papa əvvəlcədən təyin edilmiş bəzi yoxlamalar üçün Gemelli Xəstəxanasındadır" - o, jurnalistlərə bildirib.

"The Independent" xəbər verir ki, bundan əvvəl pontifik 2021-ci ilin iyul ayında Gemelli Xəstəxanasında 10 gün yatmışdı. Daha sonra bağırsaqları daraltmaq üçün əməliyyat olunub. Bundan sonra o, tez sağaldı və tezliklə adi yemək yeyə bildi, lakin təxminən altı aydan sonra məlum oldu ki, əvvəlki halsızlıq əlamətləri yenidən ona qayıtdı.

Qeyd edək ki, 2021-ci ilin avqustunda məlum oldu ki, Fransisk sələfi XVI Benediktin nümunəsinə əsasən apostol taxtından imtina edə bilər. Qeyd edildiyi kimi, mümkün gedişin səbəbi pontifikin iyul ayında bağırsaq əməliyyatından sonra səhhətidir.

2022-ci ilin may ayında Papa Fransiskin sağ dizindəki problemlərə görə ilk dəfə ictimai yerlərdə əlil arabasından istifadə etmək məcburiyyətində qaldığı bildirildi. Papa Fransisk uzun illərdir ki, onun kilsə xidmətlərində tam iştirakına mane olan və yalnız qısa məsafələri gəzməyə məcbur edən artrozdan əziyyət çəkir.

Turan İSMAYIL