Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

 20:05 29.03.2023     564

Türkiyənin 6 müxalif partiyası tərəfindən prezident postuna namizədliyi irəli sürülən CHP sədri Kemal Kılıçdaroğlu Məmləkət Partiyasının sədri Muharrem İnce ilə görüşüb.

Redaktor.az xəbər verir ki, Kılıçdaroğlu partiyanın qərargahına baş çəkib.

Yığıncaqdan sonra açıqlamalar verən Kılıçdaroğlu görüşdə Türkiyənin bir çox problemini müzakirə etdiklərini söyləyib.

"Zəlzələ bölgəsi ilə bağlı qanun təklifi hazırlayırıq. Bu barədə hörmətli həmkarıma ətraflı məlumat verdim. Bizi qəbul etdiyi üçün sizə ürəkdən təşəkkür edirəm." 

Muerrem İnce də görüşdən razı qaldığını söyləyib:

“Bizim Məmləkət Partiyası olaraq ittifaqlarımız olmalıdır, amma maraq ittifaqları yox, prinsiplər ittifaqları. Biz qadınların hüquqlarında qərarlıyıq, Suriyalı qaçqın vətənlərinə göndərməkdə qərarlıyıq, bunlar prinsiplərimizdir. Biz güzəştə getmirik. Ərdoğan getməlidir, yorulub, təkəbbürlüdür, ağla, elmə, qanuna inanır. Bir daha təşəkkür edirəm cənab sədr!"

Qeyd edək ki, İnce Türkiyə prezidentliyə namizəd olmaq Ərdoğan və Kılıçdaroğludan sonra yetərli sayda imza toplayan 2 siyasətçidən biridir.

Tunar Altunbay