Türkiyədə yenə zəlzələ OLDU
Türkiyənin Malatya vilayətində yenidən zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli saatla 16:58-də qeydə alınan zəlzələ 4 bal gücündə zəlzələ olub.
Episentri Malatyanın Yeşilyurt bölgəsi olan zəlzələnin ocağının 7,01 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.