Putin erməni əsilli generalı işdən çıxardı

 20:42 29.03.2023     429

Rusiya prezidenti Vladimir Putin general-polkovnik Aleksandr Çupriyanı Rusiya Fövqəladə Hallar Nazirliyi rəhbərinin birinci müavini vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu hüquqi informasiyanın rəsmi internet portalında dərc olunan prezidentin sərəncamında deyilir.

“Daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyayan mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin birinci müavini vəzifəsindən azad edilsin”,- sərəncamın mətnində deyilir.

TASS-ın yazdığına görə, Çupriyayan müqavilə müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

2018-ci ilin martında Çupriyanın Federal Yanğın Xidmətində xidmət üçün yaş həddi olan 60 yaşı tamam olanda beş il müddətinə uzadılıb.

Tunar Altunbay