"Ukrayna xalqı ilə həmrəyik!" - Serbiyanın baş naziri

 21:14 29.03.2023     225

Serbiyanın baş naziri Ana Brnabiç Belqradın Ukrayna xalqı ilə həmrəy olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, onun sözləri Avropa İttifaqının Serbiyadakı nümayəndəliyinin saytında dərc olunub.

"Serbiya Ukrayna əhalisi ilə həmrəyliyini ifadə edir",- deyən Brnabiç beynəlxalq hüquqa zidd hər hansı güc tətbiqini pisləyib.

Yeri gəlmişkən, martın 28-də Serbiya ilk dəfə humanitar yardım olaraq Ukraynaya enerji avadanlıqları göndərib.

“Biz Qərbi Balkanlarda bu cür yardımı ayırıb köçürməyi bacaran yeganə ölkəyik”, - deyə baş nazir bildirib.

Serbiya həmçinin gələn ilin yanvarında enerji sistemi üçün avadanlıqları Kiyevə təhvil verəcəyini vəd edib.

Eyni zamanda, Serbiya Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya qarşı sanksiyalar tətbiq etməyən Avropada nadir ölkələrdən biri olaraq qalır.

Prezident Aleksandar Vuçiç bunu Serbiyanın müstəqil siyasətini davam etdirməyə çalışması ilə izah edib.

Fevralın əvvəlində o etiraf etdi ki, Serbiya hakimiyyət orqanları təzyiq altında olduğu üçün nə vaxtsa Belqrad öz mövqeyini dəyişməli olacaq.

Tunar Altunbay