Azərbaycanla hər cür dəstəyi verməyə hazırıq - Ərdoğan

 22:00 29.03.2023     587

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Katalin Novak ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.

Türkiyə Prezidenti qeyd edib ki, ölkələr arasında iqtisadi və ticarət əlaqələri getdikcə güclənir. O, ötən il ticarət dövriyyənin 3,5 milyard dollara çatdığını diqqətə çatdırıb.

 “Hazırda TANAP ilə təbii qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycanla hər cür dəstəyi verməyə hazırıq”, - Ərdoğan bildirib.