Bu dəfə Adana möhkəm silkələndi
Türkiyənin Adana vilayətində zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Saimbəyli bölgəsində baş verən zəlzələ yerli saatla 19.47-də qeydə alınıb.
4,5 bal gücündə olan zəlzələnin 9,38 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.