ABŞ İraqda hərbi gücdən istifadə edə bilməyəcək

 22:30 29.03.2023     337

ABŞ Senatı Fars körfəzi və İraqda hərbi gücdən istifadəyə icazə verən 1991 və 2002-ci illərdə təsdiq edilmiş qətnamələrin ləğvini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, Senatın iclası canlı yayımlanıb.

66 senator icazələrin ləğvinin lehinə, 30 deputat isə əleyhinə səs verib.

İndi bu təşəbbüslə bağlı səsvermə Konqresin Nümayəndələr Palatasından da keçməlidir.

Qanunverici orqanın aşağı palatasının spikeri Kevin Makkarti daha əvvəl layihəni dəstəklədiyini bildirib.

Qanun layihəsinin həmmüəllifləri, o cümlədən senator Tim Keyn hesab edir ki, İraq hazırda Yaxın Şərqdə ABŞ-ın strateji müttəfiqidir və qətnamələrin ləğvi bu ölkəyə dəstək siqnalı verir.

Keynin sözlərinə görə, vaxtilə Konqres İraqda müharibənin başlaması ilə bağlı "tələsib", 2002-ci ildə qətnamə Senat tərəfindən təsdiqlənməmişdən cəmi üç gün əvvəl nəzərdən keçirilib.

Onun ləğvi təşəbbüsü mart ayında iki həftə ərzində müzakirə olunub.

"Biz müharibənin başa çatması məsələsinə müharibənin başlanılıb-başlanılmaması ilə bağlı vacib məsələyə ayrıldığından daha çox vaxt ayırdıq",- deyən senator əlavə edib ki, "bu, hamının öyrənməli olduğu bir dərsdir".

Qanunvericilərin fikrincə, qətnamənin ləğvi həm də Konqresin ABŞ-ın hərbi münaqişələrdə iştirakı ilə bağlı yekun qərar qəbul etmək hüququnu təsdiq etmək məqsədi daşıyır.

Ağ Ev daha əvvəl ABŞ prezidenti Co Baydenin Konqresin hər iki palatası tərəfindən qəbul ediləcəyi təqdirdə təşəbbüsü imzalayacağını bildirərək, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin hazırda bu iki qətnamənin heç birinə güvənmədiyini qeyd edib.

Tunar Altunbay