Yunanlar Türk Prezidentə hücum etdi - FOTO

 23:26 29.03.2023     752

Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar yunan tələbələrin hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Cənubi Kipr və Yunanıstandan olan tələbələr Kral Kollecində keçirilən konfransa gedən Ersin Tatarın avtomobilinin qarşısını kəsməyə cəhd edib.

Konfransdan əvvəl bir qrup yunanıstanlı gənc isə kollecin girişində etiraz aksiyası keçiriblər. Polis yunan gənclərin təxribatının qarşısını alıb.