Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərləndi

 10:12 30.03.2023     499

Qırğızıstanın Oş vilayətinin Kara-Suu rayonundakı məktəblərin birində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib.

Redaktor.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunur ki, 18 uşaq xəstəxanaya yerləşdirilib, onlardan dördü reanimasiyadadır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, martın 29-da məktəbli şagird sinif otağına ətir vurub, bundan sonra digərlərində ishal və başgicəllənmə başlayıb.

Həmidə İbrahimli