Pekin ABŞ-ı hədələdi: "Əks halda..."

 12:25 30.03.2023     337

ABŞ hərbçiləri Cənubi Çin dənizində Çinə qarşı təxribata son qoymalıdırlar, əks halda baş verə biləcək bütün insidentlərə görə məsuliyyət daşıyacaqlar.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei cümə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsini belə şərh edib.

“Biz Birləşmiş Ştatlardan bu cür təxribatları dərhal dayandırmağı qətiyyətlə tələb edirik, əks halda törətdikləri insident nəticəsində bütün ciddi nəticələrə görə tam məsuliyyət daşıyacaqlar. Çin Xalq Azadlıq Ordusu milli suverenliyi və təhlükəsizliyi qorumaq üçün bütün lazımi tədbirləri görəcək, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq”, - deyə o, bildirib.

Turan İSMAYIL