Tviter Hindistanda Pakistan hökumətinin hesabına girişi blokladı

 13:15 30.03.2023     518

Martın 30-da Tviter Hindistan rəsmilərinin tələbi ilə Pakistan hökumətinin rəsmi hesabına Hindistanda girişi bloklayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Bildirilib ki, Pakistan kabinetinin hesabı 2022-ci ilin iyul və oktyabr aylarında hüquqi səbəblərdən müvəqqəti olaraq məhdudlaşdırıldıqdan sonra üçüncü dəfə Hindistanda istifadəçilərə qadağa qoyulub.

Qaydalara görə, mikrobloq xidməti bu cür hərəkətləri hakimiyyətin tələbi və ya məhkəmə qərarı əsasında həyata keçirir. Tviter son bloklamanın səbəblərini açıqlamayıb.

Turan İSMAYIL