Ermənistan dövlət bayrağına hörmətsizliyə görə məsuliyyəti sərtləşdirəcək

 13:30 30.03.2023     553

Ermənistanda dövlət bayrağına hörmətsizliyə görə hüquqi məsuliyyəti sərtləşdiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Bayrağın təhlükəsizliyinə dair tələblər dəyişmir: o, təmiz, zədələnməmiş və yerdən 2,5 m hündürlükdə yerləşməlidir.

Bu tələblərin pozulmasına görə təxminən 120 dollar, vəzifəli şəxslər üçün isə 250 dollar məbləğində cərimə nəzərdə tutulur.

Baş nazir Nikol Paşinyan qeyd edib ki, müntəzəm olaraq qaydaları pozan məmurlar işdən azad edilməlidir.

Həyətində və ya eyvanında bayraq sancmaq qərarına gələn sadə vətəndaşlar da nəzarətə götürüləcək.

Onlar buna görə müvafiq orqanlardan rəsmi icazə almalıdırlar.

Tunar Altunbay