Türkiyədə ənənəvi ali təhsil bu tarixdən başlayacaq

 17:37 30.03.2023     376

Türkiyədə aprelin 3-dən etibarən ənənəvi ali təhsil bərpa olunacaq.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ali Təhsil Şurasının sədri Erol Özvar məlumat verib.

Onun sözlərinə görə, distant təhsillə oxumaq istəyən tələbələrə davamiyyət şərti qoyulmayacaq.

Özvar əlavə edib ki, yaz semestrinin aralıq imtahanları distant təhsil metodları ilə onlayn keçiriləcək.