Moldova Prezidentinə qarşı informasiya hücumu oldu

 17:42 30.03.2023     394

Kiberhücumçular Moldova Prezidenti Maya Sandunun fotoşəkillərindən saxta bank xidmətlərinin reklamında istifadə edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə Moldova Prezident Administrasiyasından xəbərdarlıq edilib.

“Son vaxtlar rastlaşdığımız hibrid hücumlar kontekstində biz müşahidə edirik ki, dövlət başçısının fotoşəkilləri müxtəlif növ reklamlarda istifadə olunur. internetdə getdikcə daha çox yayılır və ayrı-ayrı şəxsləri və ya şirkətləri təbliğ edir və mesajların məzmununun prezident Maya Sandunun fəaliyyəti və imicinə heç bir aidiyyəti yoxdur. Orada prezidentin portreti olan reklamlar saxta adlanır və vətəndaşlardan yalnız etibarlı mənbələrdən məlumat almağa çağırılır".

Xatırladaq ki, Moldovanın dövlət başçısı daha əvvəl bildirib ki, hakimiyyətdən uzaqlaşdırmaq üçün ona və ölkədə hakim Fəaliyyət və Həmrəylik Partiyasına qarşı hibrid müharibə gedir.

O, çevriliş cəhdində 2022-ci ilin yayından kütləvi etirazlara səbəb olan müxalifət partiyalarını günahlandırıb.

Onların iştirakçıları ölkədə həyat səviyyəsinin fəlakətli şəkildə aşağı düşməsində, böhranın öhdəsindən gələ bilməməkdə ittiham olunan prezidentin və hökumətin istefasını tələb edirlər.

Sorğulara görə, moldovalıların təxminən 70%-i hakimiyyətin siyasətindən narazıdır.

Müxalifətin təzyiqi ilə Natalya Qavrilitsa hökuməti ilin əvvəlində istefa verib.

Tunar Altunbay