İsrailin etirazlara dəstək verən Nyu Yorkdakı baş konsulu işdən çıxarıldı

 18:13 30.03.2023     247

İsrailin xarici işlər naziri Eli Koen daha əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən ölkənin Nyu-Yorkdakı baş konsulu Asəf Zamirin dərhal vəzifəsindən azad edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Koen "Twitter" səhifəsində yazıb.

"Asəf Zamir Twitter-də istefa verdiyini açıqladı, lakin qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istədi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim", - Koen paylaşımında qeyd edib.

Onun sözlərinə görə, siyasi partiyalardan birini tutan diplomat bir gün də İsrail dövlətini təmsil edə bilməz.

Qeyd dək ki, Zamir son 18 ay ərzində İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsində çalışıb.

Əvvəllər o, İsrailin turizm naziri və Knessetin deputatı olub. Diplomat, Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökumətinin qeyd etdiyi məhkəmə islahatlarına qarşı etirazların artması fonunda martın 26-da istefa vermək niyyətində olduğunu açıqlayıb.

Tunar Altunbay