"Bakı ilə İrəvan arasında yalnız Rusiyanın vasitəçiliyi ilə sülh yarana bilər" - Zaxarova

 19:05 30.03.2023     493

“Bakı və İrəvan bir-birilə razılığa gələ bilər və bu məqsədlə onlar üçün şərait yaradılmalıdır”.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib “News.Ru”nun jurnalistinin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan nizamlanması məsələlərində heç vaxt vasitəçi olmayan və heç bir praktiki nəticə əldə etməyən Avropa İttifaqında bölgədə sülhün bərqərar olması üçün hansısa konstruktiv addım gözləməyə dəyməz:

Eşitmək, dinləmək və iki ölkənin maraqlarına uyğun hərəkət etmək lazımdır. Biz başa düşürük ki, həddindən artıq kəskinləşmə dövrləri var. Amma tərəflər razılaşa bilər, əsas odur ki, onlar üçün müvafiq baza yaradaq və bu qarşılıqlı anlaşmanı təşviq edək”, - Zaxarova bildirib.

Diplomatın fikrincə, Brüssel Ermənistanla Azərbaycan arasında etimad və yaxınlaşma yaratmaqda maraqlı deyil və “özlərinin düşünülmüş və vicdansız fəaliyyəti ilə” yalnız tərəflər arasında ziddiyyətləri alovlandırır. Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşdırılmasının alternativsiz əsası Rusiyanın vasitəçiliyi ilə imzalanmış sənədlərdir.

Bir müddət əvvəl Avropa İttifaqının missiyasının rəhbəri Markus Ritter “Deutsche Welle”yə müsahibəsində deyib ki, Azərbaycan yazda Ermənistana hücum etməsə, bu, müşahidə missiyasının uğurunu göstərir.

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişləri əldə edə bilər. O, ABŞ Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Vaşinqtonun Zaqafqaziyada regional münaqişənin həlli üzrə səylərini belə qiymətləndirib.

Tunar Altunbay